Ağaoğlu Danışıqlar və MÜQAVİLƏ TƏRTİBİ MÜSABİQƏSİ

Aghaoghlu Negotıatıon & Contract Draftıng Competıtıon

Haqqında

Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsi Məhkəmə Müsabiqə Cəmiyyətinin yeni layihəsidir. Özünəməxsus formatı ilə ölkədə ilk dəfə keçiriləcək bu Müsabiqə türk dünyasının ilk qadın vəkili Sürəyya xanım Ağaoğlunun xatirəsinə həsr olunur. Müsabiqə vasitəsilə iştirakçılar peşəkar iş mühitinə uyğun danışıqlar aparmaq və müqavilə hazırlamaq proseslərini təcrübədən keçirmək imkanı əldə edəcəklər. Müsabiqə Seçim və Müqavilə tərtibi olmaqla 2 mərhələdən ibarətdir.

2025

AĞAOĞLU DANIŞIQLAR VƏ MÜQAVİLƏ TƏRTİBİ MÜSABİQƏSİ

Qaydalar

2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinin Qaydaları ilə buradan tanış ola bilərsiniz.


Keçid

TəqvİM


27 sentyabr

Müsabiqə Qaydalarının elan olunması

28 sentyabr

 

İnfosessiya

29 sentyabr

Müsabiqəyə qeydiyyatın başlaması

15 oktyabr

Müsabiqə İşinin elan olunması

16 oktyabr

Müsabiqəyə qeydiyyatın bitməsi

17 oktyabr

İmtina/dəyişdirilmə üçün son gün

2 noyabr

Müsabiqə çərçivəsində Təlim

15-16 noyabr

Seçim mərhələsinin baş tutması

16 noyabr

 İştirak hüququ qazanan
komandaların elanı

17 noyabr

Komanda cütlərinin yaradılması

22/23 noyabr

Müqavilə tərtibi mərhələsinin Danışıqlar hissəsi

9 dekabr

Müqavilə və Mövqe Sənədlərinin göndərilməsi üçün son gün

20 dekabr

Qaliblərin elanı və mükafatlandırılması

Təqvimin sənəd versiyası ilə buradan tanış ola bilərsiniz.


Keçid

Müsabİqə İŞİ

2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinin Müsabiqə İşi ilə buradan tanış ola bilərsiniz.


Keçid

NOMİNASİYA QALİBLƏRİ VƏ SIRALAMA

QALİB – SÜRƏYYA XANIM AĞAOĞLU KOMANDASI FİNALİST – MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ KOMANDASI ƏN YAXŞI MÜQAVİLƏ – SÜRƏYYA XANIM AĞAOĞLU & ƏHMƏD BƏY AĞAOĞLU KOMANDALARI ƏN YAXŞI DANIŞIQLAR – ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV KOMANDASI
Aylin Kərimli Şəms Əmənova Aylin Kərimli – Fidan Allahverdiyeva Jalə Mirzəyeva
Fidan Allahverdiyeva Aytəkin Bədəlova Nuray Əhmədova – Fidan Məmmədli Arzu Qənbərova
Komanda nömrəsi Danışıq sessiyası balı Müqavilə balı Mövqe sənədi balı Ümumi
Komanda 10 258 262 127 647
Komanda 18
249

261
134 644
Komanda 21 235 267 134 636
Komanda 2 262 242 127 631
Komanda 8 240 250 131 621
Komanda 1 241 223 120 584
Komanda 7 226 222 118 566
Komanda 17 245 210 113 568
Komanda 14 269 199 97 565
Komanda 6 220 210 94 524


Ən yaxşı Müqavilə


Ən yaxşı Mövqe Sənədi

Partyorumuzla tanış olun!


2002-ci ildən bəri fəaliyyət göstərən Omni Hüquq Şirkəti müştərilərinə bank, kommersiya, maliyyə, korporativ hüquq və digər sahələr üzrə peşəkar hüquqi xidmət göstərir. Partnyorumuza Müsabiqənin təşkilində göstərdiyi dəstəyə və yeni nəsil istedadlı hüquqşünasların yetişməsində verdiyi töhfəyə görə təşəkkür edirik!

https://youtu.be/UayJHBsXeOs

MEDİA

Tez-tez soruşulan suallar



Kimlər müsabiqədə iştirak edə bilər?

Bakalavr təhsili alan II, III və IV kurs hüquq tələbələri Müsabiqədə iştirak edə bilərlər.



İştirak üçün komanda mütləqdirmi, yoxsa fərdi iştirak mümkündürmü?

Müsabiqədə iştirak komanda şəklində mümkündür. Hər komanda 2 nəfərdən ibarət olmalıdır.



İştirakçıların sayında hər hansı məhdudiyyət varmı?

Müsabiqə iki komandanın qarşılıqlı fəaliyyətinə əsaslandığından cüt sayda komandanın iştirakına icazə verilir. Qeydiyyatdan keçmiş komandaların ümumi sayı tək olduqda sonuncu komandanın qeydiyyatı təsdiq edilmir. Məsələn, 25 komanda müraciət etdikdə, yalnız ilk 24 komandanın iştirak təsdiqlənir. Təşkilatçı qeydiyyatdan keçən komanda sayının çoxluğunu nəzərə almaqla ilkin seçim mərhələsi həyata keçirə bilər.



Müsabiqə hansı mərhələlərdən ibarətdir?

Müsabiqə iki mərhələdən ibarətdir: Seçim və Müqavilə tərtibi mərhələsi. Müqavilə tərtibi mərhələsi isə Danışıqlar və Müqavilənin hazırlanması olmaqla 2 hissəni əhatə edir.



Müsabiqədən əvvəl iştirakçılar üçün təlim keçiriləcəkmi və ya hər hansı materiallarla təmin olunacaqmı?

Seçim mərhələsindən bir həftə əvvəl təlim keçiriləcək. Təlim zamanı iştirakçılar danışıqlar aparmaq və müqavilə hazırlamaq proseslərinə dair nəzəri və praktiki biliklər əldə edəcəklər. Həmçinin Müsabiqədə hazırlanması tələb olunan sənədlərin formatına dair Bələdçi təqdim ediləcək.



Müsabiqədən qeydiyyatdan keçdikdən sonra iştirakım mümkün olmasa, bu gələcək müsabiqələrdə iştirakıma təsir edirmi?

İmtina və dəyişdirilmə üçün müəyyən olunmuş son tarixdən sonra Müsabiqədə iştirakdan imtina edən komanda üzvlərinin Təşkilatçının digər Müsabiqələrində iştirakı qadağan olunur.

Məhkəmə MüsabİQƏ CƏMİYYƏTİ

Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsi Məhkəmə Müsabiqəsi Cəmiyyətinin yeni layihəsidir. 2016-cı ildən bəri fəaliyyət göstərən Cəmiyyət hüquq tələbələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir sıra ilklərə imza atmışdır. Ölkədə konstitusiya icraatı qaydasında təşkil olunan Topçubaşov Məhkəmə Müsabiqəsi, mübahisələrin həlli sahəsində beynəlxalq təcrübəyə uyğun təşkil edilən Topçubaşov Arbitraj Müsabiqəsi, eləcə də Xoyski Mediasiya Müsabiqəsi Cəmiyyətin innovativ və unikal fəaliyyətinin göstəriciləridir. Bu müsabiqələrə 6 universitetdən 1000-dən çox tələbə cəlb olunmuşdur. Əlavə olaraq, Cəmiyyət müxtəlif sahələr üzrə aktual məsələrə dair bloq yazıları hazırlayaraq rəsmi saytında dərc edir.


Ətraflı